“Zee.Aero” layihəsinə 100 milyon dollar yatırıb - Larri Peyc

“Google” şirkətinin həmtəsisçilərindən biri - Larri Peyc uçan avtomobil yaradılması ilə məşğul olan bir neçə startapı şəxsən maliyyələşdirir. Avtosfer.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. L.Peyc 2010-cu ildə bu məqsədlə yaradılan “Zee.Aero” layihəsinə 100 milyon dollardan çox sərmayə yatırıb, ötən ildən isə “Kitty Hawk” adlı daha bir layihəni dəstəkləməyə başlayıb.
“Zee.Aero” artıq uçan avtomobil prototiplərinin sınaq uçuşlarını keçirir. Layihədə NASA, “Boeing”, “SpaceX” kimi məşhur təşkilatların mühəndisləri və aviakonstruktorları iştirak edir. Layihəyə əsasən vertikal uçuş və eniş edə bilən, avtomobildən çox təyyarəyə bənzəyən, sakit, təhlükəsiz, idarəetməsi asan olan effektiv və kompakt uçan maşının yaradılması nəzərdə tutulub.
L.Peycin maliyyələşdirdiyi digər startap isə kvadratkopterin böyüdülmüş versiyasını xatırladır.

Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












