Alonso “Formula 1” yürüşünə qayıtmağa hazırdır

2018-ci il mövsümündən sonra çıxışlarını başa vurmuş Formula 1 yarışları üzrə ikiqat dünya çempionu Fernando Alonso etiraf edib ki, yenidən yürüşlərdə iştirak edəcəyini istisna etmir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ispan pilot yüksək səviyyəli komandada çıxış etmək şansı olacağı təqdirdə Formul 1-də iştirakına davam edə biləcəyini əlavə edib. “Marca” saytı pilotun aşağıdakı sözlərini sitat gətirib: “Planetin ən sürətli bolidlərinin olduğu Formula 1 yürüşlərindən ötrü həmişə darıxırsan. Bu səbəbdən düşünürəm ki, qələbə qazanmaq imkanı verəcək lider komandaların birində çıxış etmək şansı yarandığı təqdirdə həmişə “hə” demək lazımdır. Bununla yanaşı, mənim üçün 2019-cu ildə İndianapolisdə keçiriləcək yürüş prioritet olacaq. Bilirəm ki, bu yürüş “Üçlü tac” qazanmaq şansı verən ən mürəkkəb yarışlardan biridir”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












