"Amul - Xəzər 2019" rallisi ləğv olunub

Türkmənistanda keçirilməsi planlaşdırılan "Amul - Xəzər 2019" rallisi ləğv olunub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, buna təşkilatçılar və Beynəlxalq Avtomobil Federasiyasl (FIA) arasındakı fikir ayrılığı səbəb olub. Məlumat Türkmənistan tərəfindən idarə olunan yarışın rəsmi saytı vasitəsi ilə yayılıb. Fikir ayrılığının nədən ibarət olduğu bəlli deyil. "Amul - Xəzər 2019" FIA-nın rəsmi saytında yarış təqvimində göstərilsə də, oraya qeyd əlavə olunub: "Daha ətraflı məlumat üçün milli assosiasiya ilə əlaqə saxlayın".
Tənqidçilər rallinin iqtisadi böhran yaşayan ölkənin büdcəsi üçün çox bahalı olduğunu vurğulayıblar. Əlavə olaraq, yerli sakinlər yarışın təşkili ilə əlaqədar xeyli narahatlıqlar yaşayıblar. Onlar kütləvi olaraq ərazilərin təmizlənməsinə cəlb ediliblər və uzun müddət isti havada çare (xalq gəzintisi) repetisiyasına məcbur ediliblər.
Qeyd edək ki, "Amul - Xəzər 2019" rallisi 5 - 11 mayda keçirilməli idi.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












