Arif Rəhimov: “Lyukla bağlı problem şəhər traslarında tez-tez olur”

“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm oluğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.
A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimdir, heç bir insident baş vermədən yoluna qoyduq”.
İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












