AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmləşdirilməsi imkanı yaradılır.
Bu anlaşma hər iki aviaşirkətin müştəriləri üçün rahat və komfortlu səyahət təcrübəsi təmin etmək istiqamətində mühüm bir addımdır. Belə ki, əməkdaşlıq çərçivəsində transfer zamanı baqajın yenidən qeydiyyata alınması ehtiyacı aradan qaldırılır və səyahət logistikası asanlaşdırılır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.
“Ethiopian Airlines” ilə tərəfdaşlıq AZAL-ın beynəlxalq mövcudluğunu daha da möhkəmləndirir. Aviaşirkət sərnişinlərinə daha sərfəli və rahat səyahət təqdim etmək üçün digər aviadaşıyıcılarla əməkdaşlıqlarını davam etdirir.
Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












