"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir" - Şarl Lekler

"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir".
Avtosfer.az xəbər verir ki, bunu "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında "Ferrari" komandasının pilotu Şarl Lekler deyib.
Monakolu pilot Bakıda keçirilən sıralama turlarında adətən yaxşı nəticələr göstərdiyini, lakin əsas yarışlarda eyni uğuru təkrarlamağın çətin olduğunu bildirib:
"Burada sıralama turları mənim üçün hər zaman yaxşı alınıb. Lakin əsas yarışlarda vəziyyət bir qədər fərqli olub və daha çox çətinliklə üzləşmişik. Ümid edirəm ki, bu dəfə bunu dəyişə biləcəyik. Həm mən, həm də komanda yoldaşım qələbə qazanmaq istəyirik. Aramızda təbii ki, rəqabət mövcuddur. Bununla belə, ən vacib məqsədimiz komanda olaraq qalib gəlməkdir. Bu, bizim əsas prioritetlərimizdən biridir".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakı Şəhər Halqasında keçiriləcək.
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır












