“Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq”

“Formula 1” üzrə 2020-ci il SOCAR Azərbaycan Qran-prisinin biletləri daha tez satışa çıxarılacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov f1news.ru saytına müsahibəsində deyib. Onun sözlərinə görə, yeni mövsüm üçün hazırlıq prosesinə avqust və ya sentyabrda start veriləcək: “Fikrimcə, növbəti Qran-pri üçün bilet satışına bir qədər erkən başlayacağıq. Əməliyyat planlaması isə bir qədər gec start götürəcək”.
A.Rəhimov “Liberty Media”nın 2021-ci ildən “Formula 1”də tətbiq edəcəyi yeniliklərə də toxunub: “Formula One Management Limited”lə olan müqaviləmizin müddətini yaxınlarda 2023-cü ilə qədər uzatmışıq. Həmin sözləşməyə yetərincə dəyişiklik və düzəlişlər edilib. İslahatalar bizə necə təsir edəcək? Düşünürəm ki, yaxın 4 ildə bizim üçün nisbətə stabil olacaq. Hər şeyin normal olmasını gözləyirik. 2023-cü ildə müqaviləmizin müddəti başa çatandan sonra baxacağıq”.
Qeyd edək ki, “Formula 1” yarışları Bakıda 2016-cı ildən keçirilir. BŞH 26 – 28 apreldə baş tutan SOCAR Azərbaycan Qran-prisi üçün biletləri ötən il oktyabrın 16-da satışa çıxarıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












