Bakıda aparılan söküntü işləri qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA

Bakıda son aylarda sürətlə aparılan söküntü işləri həm şəhərin mənzərəsini dəyişir, həm də əhalinin gündəlik həyatına təsir göstərir.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, xüsusilə daşınmaz əmlak bazarı və kirayə qiymətlərində müşahidə olunan dəyişikliklər diqqət çəkir.
Söküntü işlərinin intensivləşməsi bazarda qiymətlərə necə təsir göstərəcək?
Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib ki, söküntü prosesi mənzil bazarına iki istiqamətdə təsir göstərə bilər:
"Qısa müddətli artım – kompensasiya alan ailələrin yeni mənzil axtarışı tələbi artıracaq. Bu, xüsusilə mərkəzi rayonlarda və orta zonada qiymətlərin qalxmasına səbəb ola bilər. Orta müddətli sabitləşmə – yeni tikililərin istifadəyə verilməsi bazarda təklifi artıracaq. Nəticədə qiymətlər ilkin olaraq sabitləşmə meyli göstərsə də, müəyyən müddətdən sonra yenidən artım ola bilər. Nəticə olaraq qeyd edə bilərik ki, əhaliyə veriləcək kompensasiya yalnız köhnə evin kvadratına görə deyil, yeni mənzil bazarının real qiymətlərinə uyğun hesablanmalıdır. Əks halda vətəndaşlar eyni şəraitdə mənzil ala bilməyəcək. Bazar baxımından isə söküntülər ilk mərhələdə qiymətləri artıracaq, qısamüddətli sabitləşmə müşahidə edəcəyik, daha sonra yenidən cüzi qiymət artımı baş verəcək".
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












