Bakıdakı qəza Daniel Rikkardonun “Red Bull”dan gedişinə səbəb olub - VİDEO

“Formula 1” pilotu Daniel Rikkardonun Avstriya “Red Bull”unu tərk etməsinin səbəblərindən biri 2018-ci il Azərbaycan Qran-prisində sabiq komanda yoldaşı Maks Ferstappenlə toqquşması olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 30 yaşlı avstraliyalı sürücü bu barədə BBC-yə bildirib. Onun sözlərinə görə, komanda rəhbərliyinin hər iki pilotu eyni səviyyədə təqsirli bilməsi qərarına təsir edib: “Həmin insidentlə bağlı narazılığımı bildirmək istəmirdim. “Red Bull”dan getmək qərarımda bu qəzanın hansı rolu oynadığını deyə bilmərəm. Amma bu, çoxsaylı səbəblərdən biri oldu. Yarış zamanı Maksla bunu nəzakətlə müzakirə etdik. Düzdür, mən Maksı arxadan vurdum, lakin onun necə manevr etdiyini hər kəs gördü. Özümü günahkar bilmirdim. Ancaq sonra hiss etdim ki, komanda hər ikimizdə bərabər səviyyədə günah görür. Bəlkə də, çox tərsəm, amma günahın bərabər olduğunu düşünmürəm. Bu məqam məni narahat edirdi və getməklə bağlı qərar verən zaman səbələrdən biri oldu”.
Qeyd edək ki, 2017-ci il Azərbaycan Qran-prisinin qalibi olan D.Rikkardo ötən mövsüm komanda yoldaşı M.Ferstappenlə toqquşub və hər iki pilot yarışı yarımçıq dayandırıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












