Danimarkalı pilot: "Azərbaycanda həmişə hadisələrlə zəngin maraqlı Qran-pri olur"

"Haas" pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisindən gözləntilərini açıqlayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, danimarkalı sürücü Bakı trasının onun komandası üçün çox da münasib olmadığını etiraf edib. Lakin Maqnussen bu amilin ona xallar uğrunda mübarizədə maneçilik törətməyəcəyinə əminlik ifadə edib: "Bakı trası aşağı sıxıcı qüvvəli, çoxlu uzun düz, qısa döngəlidir və aşağı səviyyəli qoşulmalara malikdir. Maraqlıdır, görəsən, biz harada olacağıq?! Bu, bizim üçün ən yaxşı tras deyil. Amma mən müsbətə köklənmişəm. Biz xallar uğrunda mübarizə aparacağıq".
Bu mövsüm yenilənmiş aerodinamika və onun Bakı trasına təsirinə gəldikdə, 27 yaşlı idmançı deyib ki, bunun böyük rol oynayıb-oynamadığını bilmir: "Bəlkə də daha geniş DRS küncü ötmələri sadələşdirməyə kömək edəcək. Amma Bakıda bunsuz da ötməni həyata keçirmək asandır. Ona görə də hər şeyin necə alınacağına baxacağıq. İstənilən halda, Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin maraqlı yarış olur. Biz bu mərhələni gözləyirik".
Bakı trası ümumilikdə 20 döngədən ibarətdir və 6003 metr uzunluğa malikdir.
Qeyd edək ki, bu mövsüm ilk 3 mərhələdən sonra Kevin Maqnussen 8 xalla 8-ci pillədə qərarlaşıb. O, həmin xalı martın 17-də Avstraliya Qran-prisində 6-cı yeri tutmaqla əldə edib. Konstruktorların mübarizəsində də eyni miqdarda xal toplayan "Haas" isə 7-cidir. Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












