Əfsanəvi avtodrom "Formula-1"lə müqaviləsini uzatdı

"Formula-1" Belçika Qran-prisi ilə bu ilin sonunda müddəti başa çatacaq müqaviləni uzadıb.
Avtosfer.az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, Belçika Qran-prisi 2026, 2027, 2029 və 2031-ci illərdə də təqvimdə yer alacaq, 2028 və 2030-cu illərdə isə onu təqvimdə Avropanın digər yarışı əvəz edəcək.
Xatırladaq ki, Belçika Qran-prisi əfsanəvi Spa avtodromunda baş tutur və həm sürücülərin, həm komandaların, həm də azarkeşlərin ən sevimli yarış meydanı sayılır. Təqvimin ən uzun yarış meydanı kimi, Spa avtodromu gələn ildən sonra Maks Ferstappenin və azarkeşlərinin ev yarışı sayılacaq. Atası niderlandlı olan dördqat dünya çempionunun anası belçikalıdır - Niderland Qran-prisi isə bu il sonuncu dəfə baş tutacaq.
Qeyd edək ki, 2025-ci ildə Belçika yarışı iyulun 25-27-də, Niderland yarışı avqustun 29-31-də gerçəkləşəcək. Azərbaycan Qran-prisi isə sentyabrın 19-21-də baş tutacaq.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












