"Ferrari" Kanada Qran-prisindəki insidentlə əlaqədar apelyasiya verəcək - VİDEO

"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində "Skuderiya"nın pilotu Sebastyan Fettelə qoyulmuş 5 saniyəlik cərimədən apelyasiya verəcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Ferrari"nin ötən gün yarış zamanı verilmiş qərardan şikayət üçün 96 saat vaxtı var. Bu müddətdə stüardların qərarına təsir edə biləcək yeni dəlillər göstərmək lazımdır. Fettel ot üzərinə çıxdıqdan sonra trasa təhlükəli qayıdışı ilə əlaqədar 5 saniyəlik cəzaya məruz qalıb. Onun belə hərəkəti üzündən arxadan gələn "Mercedes" pilotu Lüis Hemilton əyləci basmalı olub. Hemilton bunu həm almaniyalı əsas rəqibi, həm də hasarla toqquşmamaqdan ötrü edib. Fettel finişə birinci çatsa da, cərimələndiyi üçün qələbəni əldən verib və ikinci yerlə kifayətlənib. "Ferrari"nin apellyasiya vermək istəyinə rəğmən, Beynəlxalq Avtomobil Federasiyası Kanada Qran-prisinin rəsmi nəticələrini elan etməyi təxirə salmayıb. "Formula 1"in əsasnaməsinə görə, 5 saniyəlik cərimələrə baxıla bilməz. Etiraz komanda yeni faktlar təqdim edəcəyi halda qəbul olunacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












