"Ferrari" Kanada Qran-prisinin nəticələrindən apelyasiya vermək istəyindən daşınıb

"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində Sebastyan Fettellə bağlı qərara apelyasiya verməkdən imtina edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Skuderiya"nın rəhbəri Mattia Binotto Beynəlxalq Avtomobil Federasiyasına ünvanladığı məktubda bildirib. Bu isə o deməkdir ki, Binotto şikayət üçün 96 saatlıq müddətdə rəsmi etiraz hüququndan yararlanmayacaq. Yəni, Kanada Qran-prisinin nəticələrini yekun saymaq olar.
Yeddi mərhələdən sonra "Mercedes" pilotu Lüis Hemilton şəxsi hesabda Fetteli 62 xal qabaqlayır. Konstruktorlar Kubokunda isə "Mercedes" "Ferrari"dən 123 xal öndədir.
Qeyd edək ki, Kanada Qran-prisində finişə Sebastyan Fettel hamıdan tez çatıb. Lakin stüardlar onun yaşıllıq sahədən yola çıxarkən, "Mercedes" pilotu Lüis Hemiltona təhlükə yaratdığını iddia edərək, aktivindən 5 saniyə siliblər. Nəticədə Hemilton qalib, Ferrel isə 2-ci yerin sahibi olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












