"Ferrari"nin rəhbəri dəyişir

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı İtaliyanın “Ferrari” komandasının rəhbərliyində dəyişiklik ola bilər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, İdarə Heyətinin sədri Con Elkann Mauritsio Arrivabeneni komandanın rəhbəri vəzifəsindən uzaqlaşdırmaqla bağlı qərar qəbul edib. Onun “Formula 1”in texniki direktoru Mattia Binotto ilə əvəzlənəcəyi bildirilir. Ötən yay M.Arrivabene ilə M.Binottonun münasibətlərinin yaxşı olmadığına dair xəbərlər yayılsa da, birinci bunu təkzib edib.
“Ferrari” indiyə qədər 15 dəfə (1952, 1953, 1956, 1958, 1961, 1964, 1975, 1977, 1979, 2000, 2001, 2002, 2003, 2004, 2007) dünya çempionu olub, 16 dəfə isə (1961, 1964, 1975, 1976, 1977, 1979, 1982, 1983, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2007, 2008) Konstruktorlar Kubokunu qazanıb.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-cu il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












