Banner

"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başa çatdı - FOTO - YENİLƏNİB

Yarışma 25 Sentyabr 2026 17:18
"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başa çatdı - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Avtosfer.az xəbər verir ki, üç mərhələnin yekununda birinci yeri tutan pilot müəyyənləşib.

Ən yaxşı nəticəni "Mersedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "Maklaren"dən Oskar Piastri üçüncü yeri tutub.

İlk 10-luq belədir:

Corc Rassell ("Mersedes")

Şarl Lekler ("Ferrari")

Oskar Piastri ("Maklaren")

İsak Hacyar ("Racing Bulls")

Lando Norris ("Maklaren")

Lyuis Hemilton ("Ferrari")

Pyer Qasli ("Alpine")

Maks Verstappen ("Red Bull")

Karlos Sayns ("Williams")

Franko Kolapinto ("Alpine")

Qeyd edək ki, bir saat davam edən sessiya sabah keçiriləcək Qran-prinin start düzülüşünü müəyyənləşdirib

***16:18
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Avtosfer.az xəbər verir ki, yarışda hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparır. Sessiya 1 saat davam edəcək.

Qeyd edək ki, bir saat davam edən sessiya sabah keçiriləcək Qran-prinin start düzülüşünü müəyyənləşdirəcək.

***13:41

Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Avtosfer.az xəbər verir ki, üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull" pilotu Mark Ferstappen göstərib.

Bu sessiyada "Mersedes" pilotu Corc Rassell ikinci, "Ferrari" pilotu Lyuis Hamilton isə üçüncü tamamlayıb.

Qeyd edək ki, bu gün saat 16:00-da əsas pilotların sıralama turu keçiriləcək.

***12:36

Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başlayıb.

Avtosfer.az xəbər verir ki, üçüncü sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq.

Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Qeyd edək ki, bu gün saat 16:00-da əsas pilotların sıralama turu da keçiriləcək.

Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Oxunub : 412
ŞƏRH YAZ
Ad

E-mail

Şərh