Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb. Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Trend-ə müsahibəsində deyib. N.Arpadarai qeyd edib ki, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib: "Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb".
O əlavə edib ki, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir: "Bir məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq".
N.Arpadarai vurğulayıb ki, hazırda Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya, həmçinin ərəb ölkələri bilet alışına böyük maraq göstərir: "Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk Formula 1 yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır".
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












