"Formula 1": Kanada Qran-prisinin keçirilmə müddəti 2029-cu ilədək uzadılıb

"Formula 1" üzrə Kanada Qran-prisinin keçirilmə müddəti uzadılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Monreal şəhərindəki Jil Vilnöv adına avtodromun sahibləri ilə "Formula One" şirkəti arasında 2029-cu ilədək müqavilə bağlanılıb. Yeni anlaşmanın mütləq şərti pit-leyn və boks binasının yenidən bərpası olub.
Kanada Qran-prisi Monreal trasında ilk dəfə 1978-ci ildə keçirilib. O vaxtdan yarış iki istisna olmaqla, dünya çempionatının təqvimində yer alıb. "Formula One"nin əvvəlki rəhbəri Berni Ekklstoun 1987-ci ildə iki pivəbişirmə sexinin sponsorluq uğrunda sərt mübarizəsindən sonra bu Qran-prini ləğv edib. 2009-cu ildə isə Kanada mərhələsinin promouterləri Ekklstounla maliyyə məsələlərində razılığa gələ bilməyiblər.
Tras və paddokun yenidən bərpası üçün ümumi xərc 48 milyon dollar təşkil edib. Bu məbləğdən 30 milyon dollar Monreal şəhərinin, 18 milyon dollar isə Kvebek əyalətinin büdcəsindən ayrılıb.
Qeyd edək ki, bu il Kanada Qran-prisi 7 - 9 iyunda keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












