Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər

Son illərdə Formula-1 komandalarının dəyəri kəskin şəkildə artıb. Hətta 6 il əvvəl bu rəqəmlər indikindən bir neçə dəfə aşağı idi. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "PlanetF1” portalının hesablamalarına görə, komandaların dəyəri onların maliyyə göstəriciləri, son müqavilələr, hesabatlar və analitik qiymətləndirmələr əsasında müəyyən edilib.
"Ferrari” liderdir
Məlumata görə, hazırda Formula-1 komandaları arasında ən yüksək dəyərə sahib olan komanda "Ferrari”dir.
Komandaların təxmini bazar dəyəri:
1. "Ferrari” – 7,1 milyard dollar
2. "Mercedes” – 6,4 milyard dollar
3. "McLaren” – 5,2 milyard dollar
4. "Red Bull” – 4,9 milyard dollar
5. "Aston Martin” – 3,3 milyard dollar
6. "Williams” – 2,6 milyard dollar
7. "Alpine” – 2,6 milyard dollar
8. "Audi” – 2,6 milyard dollar
9. "Racing Bulls” – 2,4 milyard dollar
10. "Haas” – 1,9 milyard dollar
Kəskin artımın səbəbi
2020-ci illə müqayisədə komandaların dəyərində ciddi artım qeydə alınıb. Məsələn, "Ferrari” həmin dövrdə təxminən 2 milyard dollar dəyərində idi, "McLaren” 740 milyon dollar, "Williams” isə cəmi 120 milyon dollar qiymətləndirilirdi. Ekspertlərin fikrincə, artımın əsas səbəbləri Formula-1-də aparılan struktur islahatlar, "Concorde Agreement” razılaşması və büdcə limitlərinin tətbiqidir. Bu dəyişikliklər komandaların gəlirlərini sabitləşdirib və investisiya cəlbediciliyini artırıb.
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB










