"Formula 1": “Liberty Media” İtaliya Qran-prisi üçün endirim edib

“Formula 1” üzrə dünya çempionatının təşkilatçısı olan “Liberty Media” şirkəti İtaliya Qran-prisi üçün endirim edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Montsada keçirilən yarışın təşkilatçısı Anjelo Stikki Damiani “Rai Sport”a bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər nəzərdə tutulan yeni müqaviləni müzakirə etmək üçün bir ay vaxt lazım olacaq: “Yeni sözləşmənin iyulda imzalancağına ümid bəsləyirəm. Bizim 2016-cı ildən Berni Ekklstounla bağladığımız sərfəli olmayan müqaviləmiz var. İndi maliyyə tələblərini azalda bildik, amma danışıqlar çox ağır keçdi. Müqavilə məxfidir, ancaq ilk sözləşmə ilə müqayisədə böyük vəsaitə qənaət edəcəyik. Onlar bizdən illik 24 milyon dollardan çox pul istəyirdilər. Ancaq biz növbəti 3 il üçün qiyməti azalda bildik. Bu, çox yaxşı şərtlərdir”.
“Formula 1” üzrə dünya çempionatı hazırda ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.
Qeyd edək ki, aprelin 28-də təşkil olunmuş Azərbaycan Qran-prisində “Mercedes”in pilotu Valtteri Bottas qalib olub. “Formula 1” yarışları Bakıda 2016-cı ildən keçirilir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












