“Formula 1 “Sea Breeze”də keçirilə bilər” - Emin elan etdi - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilmə yerinin dəyişdirilərək Bakının mərkəzindən “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Instagram” hesabında etdiyi paylaşımda danışıb.
Onun sözlərinə görə, uzun müddətdir “Sea Breeze”də Formula 1 üçün tras tikilməsinin planlaşdırılması barədə şayiələr dolaşır: “Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik”.
E.Ağalarov bildirib ki, 2030-2031-ci illərə qədər trası ətraf infrastruktur ilə birgə inşa etmək mümkün olarsa, nəzəri olaraq Formula yarışları “Sea Breeze”ə köçürülə bilər.
Bununla belə, o bu məsələ ilə bağlı konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: “Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.
İş adamı həmçinin paylaşımına vizual olaraq Formula 1 yarışının “Sea Breeze”də necə görünə biləcəyini, eləcə də özünün, sanki, yarış maşını idarə etməsini əks etdirən görüntülər də əlavə edib.
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - DOĞRU CAVAB












