“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisi üçün vauçerlərin biletlərin əsli ilə dəyişdirilməsinə start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, tamaşaçılar bu gündən etibarən vaueçerlərini şəhərin kassalarında biletlə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.
Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız onun üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.
Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər. Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərmək olar. Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil olmaq lazımdır.
| №: | Satış nöqtələri: | Ünvan: | İş saatları: | Fasilə: | Əlaqə nömrəsi: |
| 1 | Park Bulvar | Neftçilər Prospekti 92 | 10:00-22:00 | - | (+99477) 600 00 60 |
| 2 | 28 Mall | 28 May m.; Azadlıq pr. 15A/4; 2-ci mərtəbə | 10:00-22:00 | - | (+99412) 499 87 79 |
| 3 | Gənclik Mall | Gənclik m/s; Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə |
10:00-22:00 | - | (+99412) 599 15 60 |
| 4 | Port Baku | Neftçilər pr. 151 | 10:00-22:00 | (+99477) 600 00 60 | |
| 5 | Kiosk 1 | M.Ə.Rəsulzadə 3. (Azərbaycan k/t yaxınlığı) | 10:30-18:30 | 15:00-16:00 | (+99412) 598 17 72 |
| 6 | Kiosk 2 | Sahil m/s; Bül-bül prospekti, Nizami küç. |
11:00-19:00 | 15:00-16:00 | (+99412) 598 17 74 |
| 7 | Kiosk 3 | Üzeyir Hacıbəyov küç. 69 (Hökümət evinin arxası) | 10:00-18:00 | 14:00-15:00 | (+99412) 598 17 73 |
| 8 | Heydər Əliyev Sarayı | Bül-Bül pr. 35 | 11:00-19:00 | 14:00-15:00 | (+99412) 498 84 70 |
| 9 | ASAN 1 | Akademik H.Əliyev küç. 36 | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
| 10 | ASAN 2 | Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
| 11 | ASAN 3 | Abbas Mirzə Şərifzadə 157, Yasamal | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
| 12 | ASAN 4 | Sülh 197, Bakıxanov, Sabunçu | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
| 13 | ASAN Sumqayıt | Bakı 15-ci məhəllə 42d, Sumqayıt | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












