“Formula 1” üzrə Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlanıb

“Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb. Avtosfer.az xəbər verir ki, Təşkilatçı qurumdan “Report”a verilən məlumata görə, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.
Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












