"Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub - FOTO

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub. 2017-ci ildə 2 379 nəfər müraciət etdiyi halda, 2026-cı ildə bu rəqəm 4 201-ə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, yubiley yarışında 40 postda 1 100 yerli marşalın iştirakı nəzərdə tutulur.
Azərbaycanlı marşalların beynəlxalq təcrübəsi də artır. Hər il təxminən 25-30 yerli marşal müxtəlif Qran-prilərində çalışmaq üçün xarici ölkələrə gedir. 2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Monako Qran-prisində fəaliyyət göstərib.
Bundan əvvəl azərbaycanlı marşallar ABŞ-nin Ostin şəhərində keçirilən Qran-pridə və iki il ardıcıl Əbu-Dabi yarışında da çalışıblar.
Qeyd edək ki, Azərbaycan Qran-prisinə hər il 400-500-ə yaxın xarici marşal müraciət edir. 2026-cı ildə yarışda 40 ölkəni təmsil edən 110 beynəlxalq marşalın iştirakı gözlənilir.
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - DOĞRU CAVAB
Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB
Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Yolayrıcında keçmə ardıcıllığını göstərin - DOĞRU CAVAB
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB










