"Formula 1" üzrə dünya çempionatının Çin Qran-prisi başa çatıb

"Formula 1" üzrə dünya çempionatında mövsümün sayca üçüncü Çin Qran-prisi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Şanxay beynəlxalq avtodromunda keçirilmiş yarışın qalibi "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton olub. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü yeri tutub. Bu, "Mercedes" duetinin ardıcıl üçüncü qələbəsidir.
20 pilotdan 3-ü - Lando Norris ("Maklaren"), Daniel Kvyat ("Skuderia Toro Rosso") və Niko Hülkenberq ("Reno Sport F1") finişə çata bilməyib. Yürüşün birinci dövrəsində Kvyat "Maklaren" pilotları Karlos Sayns və Landro Norrislə insident yaşayıb. Onun bolidi Saynsın maşınının təkərlərinə toxunub, daha sonra Norrisin bolidinə tərəf sıçrayıb. Britaniyalı pilot isə rusiyalı həmkarının maşının sol təkərinə vurub. Nəticədə Kvyata pit-leynə yollanma cəzası verilib və o, 2 cərimə balı alıb.
Qeyd edək ki, Çin Qran-prisində Lüis Hemilton 25, Valtteri Bottas 18, Sebastyan Fettel 12 xal toplayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Ferstappen 27 xalla 3-cüdür. Növbəti Qran-pri 26 - 28 apreldə Bakıda keçiriləcək.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








