"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

Melburn şəhərindəki "Albert Park" avtodromunda "Formula 1" üzrə Avstraliya Qran-prisi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, dünya çempionatının ilk mərhələsində qalib adını "Mercedes" pilotu Valtteri Bottas əldə edib.
Finlandiyalı idmançı yürüşün sonunadək dominantlığı əldən verməyib.
Onun britaniyalı komanda yoldaşı, son dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen üçüncü yeri tutub.
Qeyd edək ki, ümumilikdə 20 pilotdan Romen Qrojan ("Haas"), Daniel Rikkardo ("Renault") və Karlos Sayns ("Maklaren") finişə çata bilməyib. Növbəti Qran-pri 29 - 31 martda Bəhreyndə olacaq. Üçüncü mərhələ 12 - 14 apreldə Çində təşkil ediləcək. Daha sonra 26 - 28 apreldə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. Dünya çempionatı ümumilikdə 21 mərhələdən ibarətdir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












