“Formula 1”də 2019-cu il mövsümü üçün sifariş vərəqi təsdiqlənib - SİYAHI
Beynəlxalq Avtomobil Federasiyası 2019-cu il “Formula 1” üzrə dünya çempionatı üçün sifariş vərəqini təsdiqləyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla da yarışda iştirak edəcək komanda və pilotların yekun siyahısı bəlli olub. İştirakçı komandalardan ikisi dəyişib. “Force India” “Racing Point”ə çevrilib. “Sauber” isə bundan sonra “Alfa Romeo Racing” adlanacaq. Hər iki kollektiv yeni bolidlərini müvafiq olaraq 13 və 18 fevralda nümayiş etdirəcəklər.
2019-cu il mövsümünün sifariş vərəqi
| № | Pilot | Komanda | Bolid |
| 44 | Lüis Hemilton | Mercedes AMG Petronas Motorsport | Mercedes |
| 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | Mercedes |
| 5 | Sebastyan Fettel | Scuderia Ferrari Mission Winnow | Ferrari |
| 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | Ferrari |
| 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | Red Bull Racing-Honda |
| 10 | Pyer Qasli | Aston Martin Red Bull Racing | Red Bull Racing-Honda |
| 3 | Daniel Rikkardo | Renault F1 Team | Renault |
| 27 | Niko Hülkenberq | Renault F1 Team | Renault |
| 8 | Romen Qrojan | Rich Energy Haas F1 Team | Haas-Ferrari |
| 20 | Kevin Maqnussen | Rich Energy Haas F1 Team | Haas-Ferrari |
| 55 | Karlos Sayns | McLaren F1 Team | McLaren-Renault |
| 4 | Landro Norris | McLaren F1 Team | McLaren-Renault |
| 11 | Serxio Peres | Racing Point F1 Team | Racing Point-Mercedes |
| 18 | Lens Stroll | Racing Point F1 Team | Racing Point-Mercedes |
| 7 | Kimi Raykkonen | Alfa Romeo Racing | Alfa Romeo Racing-Ferrari |
| 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | Alfa Romeo Racing-Ferrari |
| 26 | Daniil Kvyat | Red Bull Toro Rosso Honda | Scuderia Toro Rosso-Honda |
| 23 | Aleksandr Albon | Red Bull Toro Rosso Honda | Scuderia Toro Rosso-Honda |
| 63 | Corc Rassel | Williams Racing | Williams-Mercedes |
| 88 | Robert Kubitsa | Williams Racing | Williams-Mercedes |
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreli əhatə edəcək.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








