“Formula-1”də mükafatların bölüşdürülmə qaydaları açıqlanıb

“Formula-1” üzrə yarışların komandalar arasında mükafat fondunun hansı şərtlərlə bölüşdürüləcəyinə aydınlıq gəlib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, 2021-ci ildən qüvvəyə minəcək yeni qaydalara əsasən “Ferrari” əlavə bonus almaqda davam edəcək. İştirakçılar arasında öz tarixi statusu ilə fərqlənən bu komanda digərlərindən daha yüksək qazanca sahib olacaq.
Bonusdan əlavə məbləğin 65 faizi komandalar arasında bərabər bölünəcək. Maliyyənin 15 faizi əvvəlki yarışda tutduğu mövqeyə görə, 20 faizi isə iştirak tarixinə, həmçinin son 10 ildə “üçlüy”ə düşmək sayına görə paylanacaq.
Bununla yanaşı, komandalara büdcə məhdudiyyəti qoyulacaq. 2021-ci ildən hər komanda 190 milyon dollardan artıq xərcləyə bilməyəcək. 2023-cü ildə isə bu rəqəm 160 milyon dollara düşəcək. Sonradan xərclərin 135 milyon dollara qədər endiriləcəyi gözlənilir. Lakin mühərrik xərcləri bu vəsaitdə nəzərə alınmayacaq.
Qeyd edək ki, gələcəkdə pilotların maaşlarının da limitə daxil ediləcəyi gözlənilir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












