"Formula 1"də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib

"Formula 1" üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Fransanın paytaxtı Parisdəki iclasında qəbul olunub. Hazırkı qaydaya əsasən, "Formula 1"də 40 bala malik və bunları 3 il ərzində qazanmış pilotlar iştirak edirlər. Sərbəst məşğələlərə isə lisenziyada 25 bal olduqda qatılmaq mümkündür. 2020-ci ildən isə superlisenziyaya ballar qazanmaq üçün yeni imkan yaranacaq. Sərbəst praktikada 100 km-dən çox məsafə qət edən və cərimə almayan iştirakçılar 1 bal alacaqlar. Amma bu zaman belə halların hesablanma imkanına limit qoyulacaq. Yəni 3 il ərzində yalnız 10 bal qazanmaq mümkün olacaq. İştirak üçün superlisenziya xalları hesablanan çempionatlar sırasına isə W seriyası da əlavə olunub. Amma bu zaman bal bölgüsü hələlik əsasnaməyə salınmayıb.
Qeyd edək ki, 2016-cı ildən "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Bakıda keçirilir. Bu il yenilənmiş müqaviləyə əsasən, Azərbaycan Qran-prisi 2023-cü ilədək davam edəcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












