“Formula-1”i izləməyə 85 min tamaşaçı gəlib

“Formula-1” SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı çərçivəsində 4 gün boyunca yarış sessiyalarını yerində canlı izləməyə və həmçinin həftəsonunda Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA-ya bildirilib ki, bu il ötən ilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtda xəstələndiyi üçün Bakı konsertini ləğv etməsidir.
Qeyd edək ki, Azərbaycan Qran Prisini “Mercedes” komandasının pilotu Valteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari” sürücüsü Sebastian Fettel ardıcıllıqla izləyiblər. Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












