"Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO

"Formula-1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il dünya çempionatının təqvimini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, yeni mövsüm 24 mərhələdən ibarət olacaq.
Çempionat martın 12-14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Mövsümün son yarışı isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
"Formula-1" Azərbaycan Qran-prisi isə sentyabrın 24-26-da keçiriləcək. Beləliklə, Bakı yarışı 2026-cı ildə olduğu kimi, 2027-ci ildə də sentyabrın son həftəsində təşkil olunacaq.
2027-ci il mövsümündə yarışlar 22 ölkədə keçiriləcək. Təqvimə Portuqaliya və Türkiyə Qran-priləri də qayıdacaq. Növbəti mövsümdə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq.
Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24-27-də Bəhreyndəki Saxir trasında keçiriləcək.

Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












