Formula 2-də qəzalar: Üç pilot yarışı dayandırdı - FOTO

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda ardıcıl üç qəza baş verib.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, “UNİ-Virtuosi”nin pilotu Quanyu Zhou və “BWT Arden” komandasının xanım pilotu Tatyana Qalderon və "Carlin" komandasının pilotu Luiz Deletraz qəza törədib.
Pilotlardan ikisi ötmə zamanı səhvə yol verərək qarşıdakı bolidə, daha sonra isə təhlükəsizlik baryerinə çırpılıb. Digər pilot da idarəetməni itirərək baryerə çırpılıb.
Hər üç pilotun bolidi trekdən evakuasiya edilib və pilotlar yarışı dayandırıblar.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN




























