Banner

"Formula-2" yarışından sonra çempionatda lider dəyişdi - FOTO - YENİLƏNİB

Yarışma 25 Sentyabr 2026 15:53
"Formula-2" yarışından sonra çempionatda lider dəyişdi - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışı başa çatıb.

Avtosfer.az xəbər verir ki, 29 dövrdən ibarət yarışda "Rodin Motosport" komandasının pilotu Aleks Dann birinci olub.

Onun komanda yoldaşı Martin Stenshorn ikinci, DAMS komandasının sürücüsü Dino Beqanoviç isə üçüncü yerə çıxıblar.

Qeyd edək ki, "Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.

"Invicta Racing" komandasının sürücüsü Rafael Kamara finiş xəttini dördüncü keçərək çempionatda liderliyi ələ alıb.

O, hazırda ümumi sıralamada "Campos Racing" komandasının pilotu Nikolo Tsolovu bir xalla qabaqlayır.

***

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışı başa çatıb.

Avtosfer.az xəbər verir ki, 29 dövrdən ibarət yarışda "Rodin Motosport" komandasının pilotu Aleks Dann birinci olub.

Onun komanda yoldaşı Martin Stenshorn ikinci, DAMS komandasının sürücüsü Dino Beqanoviç isə üçüncü yerə çıxıblar.

Qeyd edək ki, "Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.

***15:23

"Formula-2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında baş verən zəncirvari qəzadan sonra mübarizə bərpa olunub.

Avtosfer.az xəbər verir ki, qəza səbəbindən qırmızı bayraqla dayandırılan yarışa yenidən start verilib.

Hadisə nəticəsində Tsolov ("Campos Racing"), Dürksen ("Invicta Racing"), Van Hoepen ("Trident"), Bennett ("Trident"), Miyata ("Hitech") və Shields ("AIX Racing") yarışdan kənarda qalıblar.

***

"Formula-2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında bir neçə pilotun iştirakı ilə qəza baş verib.

Avtosfer.az xəbər verir ki, insident yarışın gedişində qeydə alınıb.

Bir neçə bolid toqquşaraq trasda dayanıb.

Hadisədən sonra yarışın dayandırılması üçün qırmızı bayraq nümayiş etdirilib.

Hazırda yarış müvəqqəti olaraq dayandırılıb.

 

 

FOTO QALEREYA
Oxunub : 172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh