Hansı avtomobil geriyə düzgün dönür - DOĞRU CAVAB

Avtosfer.az saytı geriyə dönmə manevri ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir:
Bu yolayrıcında hansı avtomobil geriyə dönmə manevrini düzgün icra edir?
1) Sarı avtomobil
2) Qırmızı avtomobil
3) Hər ikisi
4) Heç biri
Doğru cavab: 2) Qırmızı avtomobil
İzah: "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin VI hissəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə, 5.8.1 və ya 5.8.2 zolaqlar üzrə hərəkəti bildirən nişanlar mövcud olduğu halda, sürücü tramvay yoluna çıxmadan sola və ya geriyə dönməlidir. Lakin bu nişanlar olmayan yerdə sola və geriyə dönən sürücülər öncə tramvay yoluna daxil olmalı, daha sonra həmin yoldan müvafiq manevri həyata keçirməlidir. Təqdim etdiyimiz fotoda 5.8.1 nişanı olduğu üçün, qırmızı avtomobilin tramvay yoluna daxil olmadan geriyə dönməsi doğru hesab edilir.
Sualın ilk düzgün cavabını verən Tural İsmayılov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN











