Macarıstan Formula E yarışlarına ev sahibliyi etmək istəyir

Macarıstan Formula E seriyasının bu ölkədə keçirilməsi üçün müraciət vermək niyyətindədir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Macarıstanın Milli Avtomobil İdmanı Assosiasiyasının (MNASZ) rəhbəri Dyarfaş Olax bu günlərdə müraciətin detallarını müzakirə etmək məqsədilə FIA-nın başçısı Jan Todt ilə görüşəcək. San-Sitidə (CAR) FIA-nın illik konfransında iştirak edən Dyarfaş Olax bildirib ki, o, Macarıstanın Formula E yürüşlərinin təqviminə salınması şərtlərini yaxın günlərdə FIA ilə müzakirə etmək barədə razılığa gəlib. Olaxın sözlərinə görə, onun ölkəsi yürüş seriyasına ev sahibliyi etmək üçün illərdir çalışır. Beynəlxalq qeyri-kommersiya təşkilatı olan FIA avtomobil təşkilatlarının və avtomobil sahiblərinin maraqlarını təmsil etmək məqsədilə 1904-cü il iyunun 20-də yaradılıb. Formula E avtomobil idmanı növündə yalnız elektrik ötürücüsü ilə işləyən avtomobillərdən istifadə olunur. Bu yarışlar 2011-ci ildə yaradılıb, ilk yürüşlər isə 2014-cü ildə Pekində təşkil edilib. Bu il qran-prilər artıq Mexiko, Honkonq, Paris və Romada keçirilib. Qarşıdakı yürüşlər Monako, Berlin, Bern və Nyu-York şəhərlərində təşkil olunacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












