Martin Brandlın “Jordan”ı satışa çıxarılıb - 350 min manata

1996-cı il mövsümü Martin Brandl üçün Formula 1-də sonuncu oldu. Həmin vaxtlar o, "Peugeot” mühərrikli "Jordan 196” bolidində Eddi Jordanın komandasının şərəfini qoruyurdu. Azərtac "F1News.ru”ya istinadla xəbər verir ki, qızılı rəngə boyanmış və kifayət qədər sürətli olan bolid parlaq xarici görünüşü ilə fərqlənirdi. "Peugeot V10” həmin mövsüm üçün o qədər də güclü mühərrik hesab edilməsə də, "Jordan”ın yürüşçüləri Martin Brandl və Rubens Barrikelloya müntəzəm olaraq xallar uğrunda mübarizə aparmağa şərait yaradırdı. "Sotheby’s” hərrac evi britaniyalının 1996-cı ildə yürüşlərdə iştirak etdiyi avtomobili fevral ayında Parisdə keçiriləcək hərraca çıxarmağı planlaşdırır.
"Jordan 196” onunla yadda qalıb ki, Martin Brendl Avstraliya Qran-Prisinin startında bu boliddə uzun müddət xatırlanacaq qəzaya uğrayıb. İndi lazımi vəsaitə malik istənilən şəxsin ala biləcəyi 03 nömrəli şassi isə o zaman ehtiyatda idi: məhz pilot bu bolidə əyləşərək Melburnda start xəttinə təkrar çıxıb.
Martin Brandl, həmçinin bu "Jordan”ın sükanı arxasında Monrealda, Nyurburqrinqdə və Silverstounda finişə 6-cı çatıb. Hərracın təşkilatçıları hazırda "Sky Sports” telekanalının populyar şərhçisi olan Martin Brandlın F1 karyerasını başa vurmazdan əvvəl çıxış etdiyi bolidin ən azı 170-190 min avroya satılacağına ümid edirlər.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












