"Mercedes" Avstraliyada zirvədə: Komanda mövsümə "dubl"la başladı

"Mercedes" komandası "Formula-1"in 2026-cı il mövsümünə Avstraliya Qran-prisində maksimum nəticə ilə başlayıb. Corc Rassell yarışın qalibi olub, Andrea Kimi Antonelli isə ikinci yeri tutub.
Avtosfer.az sports.ru-ya istinadən xəbər verir ki, Almaniya komandası bununla tarixində 61-ci "dubl"unu əldə edib. Bu, həm də 2024-cü ildə keçirilən Las-Veqas Qran-prisindən sonra "Mercedes" üçün ilk belə nəticədir.
Həmin yarışda Corc Rassell birinci, Lyuis Hemilton isə ikinci olmuşdu. Qeyd edək ki, Hemilton 2025-ci ildə "Ferrari" komandasına keçib.
"Mercedes" komandası 1955-ci ildən bəri ilk dəfədir ki, Lyuis Hemiltonun iştirakı olmadan yarışda ilk iki yeri tutmağı bacarıb.
1954-1955-ci illərdə komanda Xuan-Manuel Fanxio, Karl Klinq, Stirlinq Moss və Pyero Tariffinin çıxışları sayəsində beş "dubl" qazanmışdı.
"Mercedes"in hesabında 2014-2024-cü illər ərzində Lyuis Hemiltonun iştirakı ilə əldə edilən 55 "dubl" da yer alır.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












