"Mercedes" və "Red Bull" yeni bolidlərini təqdim edib - FOTO

“Formula 1” üzrə dünya çempionatında iştirak edən Almaniyanın "Mercedes" və Avsrtiyanın “Red Bull” komandaları yeni bolidlərini təqdim edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hər iki kollektiv 2019-cu il mövsümündə yeni görünüşlü maşınla mübarizə aparacaq. "Mercedes" gümüşü rəngli W10 indeksli bolidini "Silverstoun" avtodromunda nümayiş etdirib. Komandada 5 qat dünya çempionu Luis Hemilton və Valtteri Bottas yer alacaq. “Red Bull”un yeni bolidinin rənglərində dəyişiklik olub. Maşını tünd göy və qırmızı rənglər əhatə edib. Növbəti mövsümdə "Red Bull" ilk dəfə olaraq "Honda" mühərriklərindən istifadə edəcək. Bolidləri Maks Ferstappen və Pyer Qasli idarə edəcək. Daha əvvəl "Renault" da yeni bolidini təqdim edib.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













