Mixael Şumaxerin çempion olduğu "Ferrari" avtomobili hərraca çıxarılacaq

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin çempion olduğu bolid Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki hərracda satışa çıxarılacaq. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bolid "Sotheby" hərracında təqdim olunacaq. Bu, almaniyalı pilotun San-Marino, Avstriya və Fransa Qran-Prilərini qazandığı "Ferrari" F2002 bolididir. Məhz sonuncu Qran-pri Şumaxerə 5-ci titulu qazandırıb. Hərrac noyabrın 30-da "Formula 1" uik-endi zamanı baş tutacaq. 2002 "Ferrari" bolidi ilə yanaşı, avtomobilin ehtiyat hissələri də satışa çıxarılacaq.
Ödənişlərin bir hissəsi Mixael Şumaxerin fonduna göndəriləcək. Bu fond Şumaxer ailəsi tərəfindən məşhur pilotun hazırkı durumuna bənzər situasiyalarla üzləşən insanları birləşdirmək üçün yaradılıb. "Sotheby" nümayəndələri "Formula 1"lə tərəfdaşlıq şəraitində ilk dəfə belə bir hərrac təşkil edəcəklərini vurğulayıblar. Tərəflər auksiondan sonra da əməkdaşlığı davam etdirməyi planlaşdırırlar.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












