Banner

Norris Madriddə hamını qabaqladı: Poul-pozisiya onun oldu

Yarışma 13 Sentyabr 2026 00:11
Norris Madriddə hamını qabaqladı: Poul-pozisiya onun oldu
WhatsApp kanalımıza abunə olun

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran-prisinin sıralanma turunda birinci olub.

Avtosfer.az xəbər verir ki, yarış Madriddəki yeni "Madring" şəhər trasında keçirilib. Norris 1 dəqiqə 31,824 saniyə nəticə göstərərək poul-pozisiyanı qazanıb və ikinci yeri tutan "Mercedes" pilotu Kimi Antonellini cəmi 0,011 saniyə qabaqlayıb.

Üçlüyü "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tamamlayıb.

Qeyd edək ki, İspaniya Qran-prisinin əsas yarışı sentyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Madring"in rəsmi cədvəlinə əsasən, yarış saat 15:00-17:00 aralığında nəzərdə tutulub.

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh