Qəzada ölən "Formula 1" pilotunun xatirəsinə futbol matçı keçiriləcək

İyunun 19-da "Formula 1"in sabiq pilotu Jül Byankinin xatirəsinə həsr olunmuş xeyriyyə matçı keçiriləcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, futbol qarşılaşmasına "Ferrari" pilotu Şarl Lekler və "Toro Rosso" sürücüsü Pyer Qasli qatılacaq. Təşkilatçılar keçmiş sürücülər Olivye Panis və Felipe Massanı da dəvət etməyi nəzərdə tutublar. Matçda Fransa millisinin sabiq qapıçısı Fabyen Bartez və digər məşhur idmançıların iştirakı gözlənilir. Yığılan vəsaitlə Nitsa şəhərindəki Arşe hospitalında serebral iflicdən müalicə olunan xəstələrə yardım olunacaq.
Qeyd edək ki, Jül Byanki "Ferrari" sisteminin pilotu kimi "Marusya" komandasında çıxış edib. 2014-cü ildə o, Yaponiya Qran-prisində qəzaya düşüb. Bir müddət durumu kritik olan Byanki süni koma vəziyyətində də qalıb. Lakin 17 iyul 2015-ci ildə o, Nitsa hospitalında keçinib. Fransalı pilot "Formula 1" yarışlarında son 21 ildə qəza nəticəsində ölən yeganə pilotdur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












