Vilayət Eyvazov müşavirə keçirib təhlükəsizliklə bağlı tapşırıqlar verdi - FOTO

Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Avtosfer.az-a DİN-dən məlumat verilib.
Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.
"2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.
V.Eyvazov ölkəmizin ev sahibliyi edəcək bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB













