Yeddi bıçaq yarası alan sabiq polis "Formula 1" yarışına udduğu biletlə gəlib

İngiltərənin Suindon şəhərində yaşayan sabiq polis əməkdaşı Nil Sempson “Virgin” radiosunun müsabiqəsində udduğu biletlə “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisini canlı izləyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 54 yaşlı britaniyalı həyat yoldaşı Mendi ilə birlikdə Bakıda olub. Sempson müsabiqədə qalib olmasını böyük sevinclə qarşılayıb: “Mənim bəxtim gətirib. Çünki bıçaq yarası alaraq ölən adamlar var. Mənə 7 bıçaq vurulmuşdu, amma indi burada sizinlə söhbət edirəm. Bilet udmağım gözlənilməz oldu. Bakıda “McLaren”nin qarajına baş çəkdik. Ora əla yer idi”.
Qeyd edək ki, polis itlərininin təlimçisi işləyən Nil Sempson 2008-ci ildə cinayətkarın hücumuna məruz qalıb və 7 bıçaq yarası alıb. O, 5 il öncə polis sistemini tərk edərək avtosalonda işə düzəlib. Suindon sakini bir müddət əvvəl başqa bir müsabiqədə 1000 funt sterlinq udub.
SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçirilib. Yarışın qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













