Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ

Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığını genişləndirməsi Koreya yarımadasında silahlanma yarışını sürətləndirir.
Avtosfer.az xəbər verir ki, Pxenyan Rusiyaya silah və hərbçilər göndərməsi müqabilində döyüş təcrübəsi qazanmaq, raketlərinin effektivliyini artırmaq və dron texnologiyalarını təkmilləşdirmək imkanı əldə edir. Şimali Koreya sərhəd bölgələrində hərbi mövqelərini möhkəmləndirir, yeni raketlər və hücum dronları hazırlayır. Ölkənin çoxsaylı dronlardan istifadə etməklə Cənubi Koreya və ABŞ-ın regiondakı müdafiə sistemlərinə zərbə endirmək imkanlarını genişləndirdiyi bildirilir.
Gərginlik Şimali Koreyanın son ballistik raket sınağından sonra da diqqət mərkəzindədir. Cənubi Koreya və Yaponiya raketin təxminən 692 kilometr məsafə qət etdiyini bildirsə də, Pxenyan uçuş məsafəsinin 1000 kilometr olduğunu iddia edib. Şimali Koreya raketin yüksək sürətlə hərəkət edərkən nizamsız manevrlər etdiyini bildirərək onun qarşısını almağın çətin olduğunu vurğulayıb. Regionda hərbi əməkdaşlığın genişlənməsi və yeni silahların hazırlanması Cənubi Koreya, ABŞ və Şimali Koreya arasında qarşıdurma riskini artırır.
Bəs Rusiya–Şimali Koreya hərbi ittifaqı qlobal təhlükəsizlik sistemində yeni geosiyasi bloklaşmanın başlanğıcı sayıla bilərmi? Moskvanın Şimali Koreyanın hərbi potensialının güclənməsində marağı nədən ibarətdir və bu əməkdaşlıq ABŞ-nin Asiya-Sakit okean regionundakı təsirini zəiflətməyə yönəlmiş strateji addımdırmı?
Politoloq Şəbnəm Həsənova Avtosfer.az-a açıqlamasında bildirib ki, bu ittifaqın xüsusiyyətlərinə nəzər saldıqda ilk növbədə 2024-cü ilin iyununda Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin imzalanmasını qeyd etmək mütləqdir. Sənəddə tərəflərdən birinə silahlı təcavüz baş verdiyi halda qarşılıqlı hərbi yardım göstərilməsi ilə bağlı öhdəlik nəzərdə tutulur. Bu isə münasibətlərin adi diplomatik tərəfdaşlıq çərçivəsindən kənara çıxdığını və daha dərin hərbi-strateji məzmun qazandığını göstərir.

"Bu əməkdaşlığın strateji əhəmiyyəti ABŞ Konqresinin Araşdırma Xidmətinin də diqqətindən yayınmayıb. Belə ki, 2026-cı ilin sentyabrında yenilənmiş hesabatda Rusiya–Şimali Koreya münasibətləri ABŞ-nin maraqları və regional təhlükəsizlik üçün yaratdığı çağırışlar kontekstində nəzərdən keçirilir. Rusiyanın bu əməkdaşlığa xüsusi əhəmiyyət verməsinin əsas səbəblərindən biri Ukrayna müharibəsində hərbi resurslara olan tələbatdır.
Şimali Koreyanın hərbi təchizatı və digər dəstəyi Rusiyanın üzərinə düşən yükü müəyyən dərəcədə azaltmağa, hərbi imkanlarını qorumağa və uzunmüddətli müharibə aparmaq potensialını gücləndirməyə xidmət edir. Bu baxımdan, Moskvanın Pxenyanla münasibətlərini yalnız regional siyasət çərçivəsində qiymətləndirmək doğru olmazdı. Burada Avropadakı hərbi-siyasi məqsədlərlə Şərqi Asiyadakı strateji maraqlar arasında birbaşa əlaqə yaranır.
Beləliklə, Rusiya–Şimali Koreya hərbi əməkdaşlığının dərinləşməsi ABŞ-nin regiondakı strateji mövqeləri üçün əlavə çağırışdır. Bu, Vaşinqtonun eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmək, müxtəlif təhlükəsizlik risklərini uzlaşdırmaq və müttəfiqlərlə koordinasiyanı gücləndirmək zərurətini artırır. Başqa sözlə, Avropada və Şərqi Asiyada baş verən proseslər getdikcə daha sıx şəkildə bir-biri ilə əlaqələnir və qlobal təhlükəsizlik sistemində qüvvələr balansının formalaşmasına qarşılıqlı təsir göstərir.
Nəticə olaraq, Rusiya–Şimali Koreya yaxınlaşmasını yeni və artıq tam formalaşmış qlobal hərbi blok kimi xarakterizə etməzdim. Daha dəqiq yanaşma bu prosesi hələ institusionallaşma mərhələsində olan plan, hərbi-strateji ittifaq kimi qiymətləndirməkdir. Çünki tərəflər arasında hüquqi öhdəliklərə əsaslanan əməkdaşlıq və praktiki hərbi qarşılıqlı fəaliyyət mövcuddur. Lakin bunu vahid strateji məqsədləri, ortaq komandanlığı və koordinasiyalı müdafiə mexanizmləri olan konsolidasiya edilmiş qlobal blokla eyniləşdirmək bir qədər tələskənlik olar".
Türkan Ülvi
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?












