Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI

Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4-Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.
Bəs tunellərin inşası tıxacın azalmasına, hərəkərin intensivliyinə nə dərəcədə kömək edəcək?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu, Bakı-Sumqayıt yolunda illərdir yığılıb qalan problemin həlli üçün atılan addımdır:
"Həm dövlət proqramında bu məsələ öz əksini tapıb, həm də Bakının baş planında bununla bağlı qeydlər var. Bunlar sıxlığın azaldılması, hərəkətin intensivliyinin təmin olunması üçün vacib layihələrdir. Xırdalan çox böyük bir şəhərə çevrilib, amma təəssüf ki, Xırdalan sakinləri illərdir tıxacla mübarizə aparır və tıxacda gündə ən azı bir-iki saat vaxt keçirirlər. Nəticə etibarilə Masazır, Xırdalan, Sulutəpə bu böyük yaşayış komplekslərinə çevrildikcə, yolda intensivlik artır. Bu intensivliyi də hansısa formada tənzimləmək lazımdır. Mənə elə gəlir ki, bu layihələr orada vəziyyətə çox ciddi təsir göstərəcək və gələcək perspektivdə, yəni hərəkətin intensivliyi üçün, illərlə biz bunun effektivliyini görmüş olacağıq"./redaktor.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












