Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Deputatın sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafiki ilə təşkili nəzərdə tutulub.
Bu sistemin tətbiqi nəqliyyat sıxılığın aradan qaldırılmasına təsir göstərəcəkmi? Layihənin uğurlu olması üçün əsas şərtlər nələrdir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib. O bildirib ki, bu addım tıxacların qarşısını almaq üçün atılan ən effektiv üsullardan biridir:
“Bu məsələ iki ildir ki, dövlət proqramında öz əksini tapıb. Hörmətli deputatımızın bu məsələyə toxunması yenilik ola bilər, amma mövzu olaraq yeni deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dövlət qurumları bu sistem üzərində işləməlidirlər. İş qrafikinin dəyişdirilməsi hansı fəsadlara səbəb ola bilər, hansı üstünlükləri verə bilər, zərəri çox olar, yoxsa xeyri çox olacaq bütün bunlar ətraflı şəkildə araşdırılmalıdır. Dövlət proqramında da birbaşa yazılmayıb ki, bu məsələlərin hamısı dərhal həll olunsun”.
Ekspert şəhərdəki bütün real vəziyyətlərin qiymətlndirilməsinin vacib olduğunu vurğulayıb:
“Hansısa formada tənzimləmə aparılmalıdır. Bunun üçün araşdırma və təhlil vacibdir. Real vəziyyət qiymətləndirilməlidir ki, nəticələrin ağır, yoxsa yüngül olacağı müəyyən edilsin. Burada həm təhsil müəssisələrindən, həm tibb müəssisələrindən, müxtəlif iş yerlərindən, özəl və qeyri-dövlət təşkilatlarından, eləcə də dövlət qurumlarından söhbət gedir. İri müəssisələr və müxtəlif zonalar da bu məsələnin əhatə dairəsinə daxildir. Elə zonalar var ki, orada iş saatının başlanması və bitməsinin dəyişdirilməsi heç nəyi dəyişməyəcək. Amma elə zonalar da var ki, bəli, bu dəyişiklik zəruridir. O baxımdan hər şey qərar icra edildikdən sonra bəlli olacaq”./sfera.az
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi










