Bakıda yeraltı parkinqdə diqqətli olun - Lyuk açıqdır - FOTO

Yeraltı parkinglərdə diqqətli olun. Təhlükəsiz yerdə avtomobil saxlamaq üçün yeraltı parkingə daxil olanlar həyati təhlükənin bir addımlığındadır. Avtosfer.az-ın əməkdaşı dekabrın 30-da, saat 12:50 radələrində hələ də Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməyən və Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Hökumət evi ilə üzbəüz yeraltı parkingdə avtomobilini saxlayıb Dənizkənarı bulvar tərəfdən çıxmaq istəyəndə ağlasığmaz halın şahidi olub. Belə ki, yeraltı parking əməkdaşları hansısa təmir işini yerinə yetirmək üçün içi su ilə dolu lyukun qapağını tam nəzarətsiz açıq qoyub gediblər. Ətrafda məlumat xarakterli lövhə,qırmızı lent, xəbərdarlıq nişanı və s. heç nə olmayıb. Qabağın da ölçüsü o qədər böyükdür ki, burada həm uşaqlar, həm də böyüklər diqqətsizlik ucbatından atılan bir addımda həyati təhlükə yaşaya bilərlər. Yəni bu işi görənlər doğurdandamı bu qədər məsuliyyətsizdir? Əməkdaşımız hadisə yerinin şəkillərini çəkib,ətrafda hər hansı xoşagəlməz hallar,şikayətlər üçün qeyd olunan mobil nömrə yazılan loclehələr axtarsa da tapa bilməyib. Bundan sonra oranın əməkdaşlarından birini tapıb iradını bildirib. Qapağı bağlamağı tələb edib. Bildirib ki, bir müddət sonra qayıdacaq, əgər problem aradan qalxmasa saytda da məsələni işıqlandırmalı olacaq. Təxminən 4 saata yaxın müddət sonra geri qayıtsa da yenə də həmin yeri təhlükəli vəziyyətdə görüb. Belə ki, lyukun qapağı tam bağlanmayıb deyə yer səthindən hündürdə qalıb və hər an ilişib yıxılma təhlükəsi var. Bunu təqdim etdiyimiz şəkillərdə də görə bilərsiniz.
Qeyd edək ki, şəkillərdə tarix və saat dəqiq göstərilib.
Ümid edirik ki, ciddi bir təhlükəli hal yaşanmamış BNA rəsmiləri məsələyə müdaxilə edər və problem həllini tapar. Bundan sonra da görülən işlərdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət olunar.
Avtosfer.az fotoları təqdim edir.
Kənan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















