Bakının hansı yollarında tramvay xətti ola bilər?

Bakıda hazırda kifayət qədər yollar var ki, genişdir və tramvay xətlərinin çəkilməsi mümkündür. Hüseyn Cavid və Şərifzadə prospektləri, xüsusilə Ağ Şəhər massivi tramvay yolu üçün uyğundur. Avtosfer.az bildirir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Azər Allahverənov Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tramvay nəqliyyatının bərpası ilə bağlı danışarkən bildirib. Ekspert əlavə edib ki, burada əsas icraedici struktur Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bundan başqa, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi də əsas icraçı strukturlardan hesab olunurlar: "Onlar bu məsələni tam araşdırmalı və nəticə etibarilə dövlət proqramı qüvvədə olduğu müddətdə təkliflər hazırlamalıdılar.
İndi əksər dünya ölkələrində tramvaylardan geniş şəkildə istifadə edilir. Xüsusilə qonşu Rusiyada, MDB-yə daxil olan əksər ölkələrdə tramvay əsas nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsi infrastrukturun qurulması və sərmayə yatırımı baxımından bir qədər baha başa gələ bilər. Çünki söhbət tramvay üçün salınan yollardan gedir. Ancaq ekologiyaya heç bir ziyan vurmayan yeganə nəqliyyat növlərindən biridir. Həmçinin tramvay rels üzərində hərəkət etdiyindən tıxac yaratma, tıxacda qalma ehtimalı da yoxdur. Həmçinin bu nəqliyyat növü digərlərindən daha ucuz olur".
A.Allahverənovun sözlərinə görə, yeni salınan massivlər tramvay yolu üçün münasibdir: "Bakıda hazırda kifayət qədər yollar var ki, genişdir və tramvay xətlərinin çəkilməsi mümkündür. Ancaq bu qiymətləndirmə aparılan zaman həmin dediyimiz məntəqələr arası şəbəkənin qurulması perspektivləri də müəyyən edilməlidir. Ola bilər ki, bəzi yerlərdə məntəqələri bir-biri ilə əlaqələndirən yolun genişləndirilməsinə ehtiyac olsun. Bu, şəhərsalma strategiyası ilə əlaqədar dövlətin həyata keçirdiyi siyasətə uyğun olmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda tramvay nəqliyyatının bərpası imkanlarının araşdırılması nəzərdə tutulur. Dövlət Proqramına görə, Azərbaycanda 2019-2022-ci illərdə daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur.
Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması planlaşdırılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












