Bakıxanov qəsəbəsinin keçilməz küçələri: "Çox əziyyət çəkirik" - ŞİKAYƏT - FOTO

Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin sakinləri küçələrinə yığılan sudan şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərin Oxu.az-a ünvanladıqları şikayətdə bildirilir ki, söhbət qəsəbənin Anaşkin küçəsi 27 ünvanından gedir.
"Artıq bir il olar ki, su axıb yolu bağlayıb. Hər dəfə gəlib baxıb "yoxlanılacaq" deyib gedirlər. Nəinki piyadalar, heç maşınlar da bu yoldan keçə bilmirlər. Çox əziyyət çəkirik", - deyə şikayətdə bildirilir.


Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin ərazidə ətrafa yayılan qrunt suyudur.
"Yağışlar yağan zaman küçədə belə vəziyyət yaranır. Ərazidə mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil. Buna baxmayaraq Sukanal İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrunt sularının çəkilməsi üçün nasoslardan istifadə ediblər. Texniki baxımdan qrunt sularının həmin ərazidən təmizlənməsi üçün drenaj qurğuları və kanalizasiya xətləri çəkilməlidir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sifarişi ilə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud olmayan ərazilərdə kanalizasiya sistemlərinin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb.
Layihələrin icrası su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən yeni yaşayış məhəlləsində kanalizasiya şəbəkəsinin inşası işlərinin icrası da tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçirilir", - deyə məlumatda bildirilir.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











