"Belə vəziyyətdə küçələr yenidən taksi ilə dolacaq, xaos yaranacaq" - Elməddin Muradlı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarına əsasən, taksi sürücüləri sərnişinləri Sumqayıt şəhərinə apara bilsələr də, oradan Bakı istiqamətində sərnişin götürə bilməzlər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu, qanunvericiliyin tələbidir və AYNA tərəfindən edilən müraciətdə hər hansı qanunsuz məqam yoxdur.
Ekspert əlavə etdi ki, Bakı şəhəri üzrə taksi fəaliyyəti üçün konkret limit müəyyənləşdirilib:
"Hazırda təxminən 41 min taksi qeydiyyatdan keçmiş olsa da, Bakı üzrə nəzərdə tutulan kvota 25 mindir. Yəni paytaxtda maksimum 25 min taksi fəaliyyət göstərməlidir. Əgər Sumqayıtda, Abşeronda, Hacıqabulda, Gəncədə və ya digər bölgələrdə qeydiyyatdan keçmiş taksilər gəlib Bakıda fəaliyyət göstərəcəksə, bu halda taksi sahəsində aparılan islahatların effekti sual altına düşər. Belə vəziyyətdə küçələr yenidən taksi ilə dolacaq, xaos yaranacaq və mövcud problemlər aradan qalxmayacaq. Bu baxımdan tənzimləyici qurumun atdığı addım qanuna əsaslanır və məntiqidir. Bununla belə, müəyyən detallar var ki, onlara yenidən baxılması məqsədəuyğun olar. Xüsusilə taksi buraxılış kartı olan, lakin avtomobili köhnəldiyi üçün onu yenilədikdən sonra fəaliyyətini davam etdirməkdə çətinliklə üzləşən şəxslərə münasibətdə daha çevik və fərdi yanaşmanın tətbiqi vacibdir. Bu kimi hallarda balanslı və sosial həssas qərarların qəbul edilməsi daha düzgün olar"./redaktor.az
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












