Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi deyil”

Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli sökülüb. Sözügedən heykəllə bağlı yerli mətbuat və sosial şəbəkələrin Azərbaycan seqmentində çox sayda qınaq və tənqid səsləndirildi. Heykəlin niyə söküldüyü isə müəyyən suallar yaradır.
Bəzi vətəndaşlar müsəlman ölkəsində belə heykəlin qoyulmasının doğru olmadığını qeyd ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, heykəlin qaldırılması “müsəlman ölkəsi” anlayışı ilə əlaqəli deyil:
“Bu, absurd yanaşmadır. Heykəlin həmin yerdə qoyulması estetik baxımdan düzgün deyildi. Onu hansısa qapalı salonda sərgiləmək daha doğru olardı. Bizdə sərgilərdə çılpaq qadın rəsmləri də sərgilənir. O baxımdan yerinin dəyişdirilməsi məqsədəuyğun sayılır. Azərbaycan müsəlman ölkəsi deyil, dünyəvi dövlətdir. Çoxluq müsəlmanlığı qəbul etdiyi üçün Azərbaycanı müsəlman ölkə kimi təqdim etməyin özü də hüquqi-terminoloji olaraq doğru deyil. Ölkə şəriət qanunları ilə yox, konstitusiya, modern hüququn qanunları ilə idarə olunur. Bu terminlər qarışdırılmamalıdır”.
Heykəlin sərgiləndiyi Heydər Əliyev Mərkəzindən verilən rəsmi məlumata görə, sözügedən heykəlin ölkəmizdə 1 həftə müddətində sərgilənməsi nəzərdə tutulmuşdu. Həmin müddət tamamlandığından başqa ölkyə göndərilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












